​Bakıda məcburi köçkünlərin məskunlaşdığı bağça yanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus 3 otaqlı mənzilin mətbəxində yanğın olub.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05