Ukraynadan Rusiyaya 7 kq narkotik keçirmək istəyən azərbaycanlı tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) əməkdaşları Moskva vilayətində təqribən 7 kq. marixuana müsadirə ediblər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə NDNFX-nin məlumatında bildirilir.

Məlumata görə, narkotik maddə Ukraynadan etnik cinayətkar qrupun üzvləri tərəfindən göndərilib. Faktla bağlı cinayət işi açılıb.

Narkotiki keçirmək istəyən şəxs 46 yaşlı Azərbaycan vətəndaşı olub. O Serpuxov şəhərində saxlanılıb. Polis onun nəqliyyat vasitəsinə baxış zamanı polimer materialdan olan səkkiz bağlama marixuana aşkar edib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39