Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 2-də səhər saat 8 radələrində Ukraynanın Baturin şəhəri yaxınlığında, Kipti-Qluxov-Baçevsk avtomobil yolunun 127 kilometrliyində "Fredlayner" markalı yük maşını ilə BMW markalı minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin Rumıniya vətəndaşı olan sürücüsü, həmçinin 54 yaşlı azərbaycanlı və Moldova vətəndaşı olan sərnişinləri hadisə yerində keçiniblər.
Qəza yerinə gələn Baturin şəhər yanğın-xilasetmə bölməsinin əməkdaşları qəza nəticəsində avtomobildə sıxılıb qalmış cəsədləri çıxarmaq üçün xüsusi avadanlıqlardan istifadə ediblər.