Ukrayna sərhədçiləri Azərbaycan vətəndaşını saxlayıblar

Bakı. 31 iyul. REPORT.AZ/ Ukrayna sərhədçiləri 28 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı İraq vətəndaşı və iki fələstinli ilə birlikdə Macarıstanla sərhədi keçməyə çalışıb.

Sərhədçilər saxlanılanların hamısına qarşı inzibati protokollar tərtib edildiyini, işlərin məhkəməyə göndəriləcəyini bildiriblər.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13