Bakıda gənc qız özünə xəsarət yetirib

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda gənc qız özünə xəsarət yetirib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

1995-ci il təvəllüdlü A.Mustafayeva sol qolunu şüşə ilə bir neçə yerdən kəsib. Onun bu əməlinin səbəbi məlum deyil. Çoxlu qan itirən gənc qız yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər