​​​​​​​Ucarda yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56