Ucarda maskalı şəxslər qadının evinə basqın edib

Ucar rayonunda maskalı şəxslər qadının evinə basqın edib.

"Report" xəbər verir ki, rayon sakini Nurayya Həsənova fevralın 4-də evinə basqın olması barədə polisə ərizə ilə müraciət edib.

O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47