Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ucar rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, Ucar rayon sakini, 1973-cü il təvəllüdlü Sənan Hacıyevın idarə etdiyi "Shachman" markalı yük maşını ilə Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Həsən Əlisalam oğlu Cavadlının idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub. 

Nəticədə Zərdab rayon sakinləri - 1973-cü il təvəllüdlü Sevil Nurəddin qızı Məmmədova və 1964-cü il təvəllüdlü Sevda Nurəddin qızı Cavadova Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.


*** 18:27

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, "Shachman" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. 

Nəticədə minik maşınında olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56