Ucarda heyvan otaranlar körpə tapdı

Ucarda yeni doğulmuş körpə tapılıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb. Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər