​Ucarda gənc oğlan ildırım vurması nəticəsində ölüb

Bakı. 24 may. REPORT.AZ/ Ucar rayonunun Bağman kəndində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, 28 yaşlı yerli sakin Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub.

Hadisə zamanı yaxınlıqda olan kənd sakinləri zərərçəkəni Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsiz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41