Ucarda 40 yaşlı qadın sirkə turşusu içərək ölüb

Ucar sakini sirkə turşusu içərək ölüb. 

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Ramal kəndində baş verib. 

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramilə Oktay qızı Hüseynova sirkə turşusu içib. O, Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Hüseynova xəstəxanada ölüb. 

Hələlik hadisənin hansı zəmində baş verməsi məlum deyil.

Faktla bağlı araşdırmaya başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47