Ucarda 36 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Ucar rayonunda 36 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, rayon sakini, 1983-cü il təvəllüdlü Abbas Cəbrayılov aralarında yaranmış mübahisə zəmində həmyerlisi Nazim Səfərov tərəfindən bıçaqlanıb.

Yaralı A.Cəbrayılov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağaır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47