Ucarda 3 otaqlı evdə yanğın olub

Баку. 21 марта. REPORT.AZ/ Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 137 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 kv.m sahədə yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27