Üç qardaşın cibindən pul oğurlayan şəxs saxlanılıb

Oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və iki qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47