Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda 2 nəfər dərmandan zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 2-də Xəzər rayon sakini Könül Haqverdiyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və avqustun 5-də orada ölüb.
Həmçinin avqustun 5-də Gəncənin Nizami rayon sakini, ruhi xəstə Asim Hüseynov yaşadığı evdən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.