Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Van-Hakkari şosse yolunda qeydə alınıb.

Yolun 130-cu kilometrliyində minik avtomobili ilə mikroavtobus toqquşub. Hadisə zamanı 19 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qəza ilə əlaqədar araşdırma aparılır. 

Digər xəbərlər