Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Aydın–Dənizli avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "İHA"ya istinadən xəbər verir ki, minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Zərbənin gücündən idarəetmədən çıxan avtobus yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata əsasən, qəza zamanı 1 nəfərin vəziyyəti ağır olmaqla ümumilikdə 20 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər