Türkiyədə ağır yol qəzası baş verib, 7 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Buca rayonuna bağlı Kaynaklar məhləsində qeydə alınıb. 

Belə ki, iki avtomobil toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri körpə, üçü isə azyaşlı uşaqdır.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər