Tramp: KXDR-də Amerika əleyhinə olan lövhələr küçələrdən yığışdırılıb

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya küçələrindən Amerika əleyhinə olan lövhələr yığışdırılıb.

“Report” xəbər verir ki, o bunu Cənubi Karolinada çıxışı zamanı deyib.

"Bu, o qədər də asan deyil. Lakin onlar bütün Şimali Koreya boyu Amerika əleyhinə olan lövhələri çıxardıblar", - deyə "Raw Story" onun sözlərini sitat gətirib.

Bildirilir ki, Amerika prezidenti KXDR lideri Kim Çen Inı tərifləyib və bir daha bildirib ki, onların arasında yaxşı münasibətlər var.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04