Traktorla minik avtomobili toqquşub, ölən və yaralanan var

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 2-də saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub. Nəticədə B.Baxşıyev və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47