Tovuzda zəlzələ olub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın Tovuz rayonu ərazisində zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla 07:08-də Gədəbəydən 35 km şimalda Tovuz rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 7 km olan zəlzələ hiss edilməyib.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37