Tovuzda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb

Tovuz. 7 mart. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb.

Tovuz Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə zamanı ağır xəsarət alan piyada 1972-ci il təvəllüdlü Əliyev Fikrət Fərmayıl oğlu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə martın 5-də rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini F.Əliyev  sürücüsü istintaqa məlum olmayan "Hyundai" markalı avtomobillə vurulub.  Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47