Tovuz şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, Heydər Əliyev prospektində "VAZ-2106", "VAZ-2107", "Volkswagen -Passat" və "Lexus" markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü yerli sakin Gəncə İsgəndərov ciddi xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada daha 1 nəfər isə yüngül xəsarət alıb və xəstəxanaya müraciət etməyib.
Faktla bağlı araşdırma aparılır.