Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə İbrahimhacılı kənd yolunda qeydə alınıb. 

Belə ki, iki avtomobil toqquşub. Hadisə nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin 1973-cü il təvəllüdlü Qətibə Məmmədova olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər