Tovuz sakini spirtli içkidən zəhərlənib

Tovuz. 26 iyun. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin spirtli içkidən zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağıayıblı kənd sakini Mədətov Elmar Eldar oğlu məclislərin birində içdiyi araqdan zəhərlənib. 

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstəyə tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47