Tovuz rayon sakini narkotik maddə ilə saxlanılıb - FOTO

Tovuz. 21 yanvar. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb.

“Report”un Qərb bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Yuxarı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İlham Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun üzərinə baxış zamanı 10,62 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26