Bakı. 5 dekabr. REPORT.AZ/ Tovuz rayonunda şadlıq sarayından 6000 manatlıq səsgücləndirici oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Tovuz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon ərazisindəki şadlıq saraylarının birindən 6000 manat dəyərində səsgücləndirici oğurlamaqda şübhəli bilinən Abulbəyli kənd sakini Cavid Cəfərov saxlanılıb.