​Tovuzda qəzaya düşən sürücü dünyasını dəyişib

Bakı. 18 iyun. REPORT.AZ/ Təqribən iki həftə öncə Tovuzda yol qəzasına düşən sürücü dünyasını dəyişib.

"Report" xəbər verir ki, 32 yaşlı rayon sakini Fəyyaz Nuriyev Tovuz Rayon Mərkəzi Xəstəxanasında 15 gün komada qalıb.

Ötən gün isə həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstə vəfat edib.

Fəyyaz Nuriyev 1 iyun tarixində idarə etdiyi "VAZ 2109" markalı avtomobili daş hasara çırpıb və nəticədə koma vəziyyətinə düşüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05