Tovuz. 12 avqust. REPORT.AZ/ Tovuz rayonunda qadını əqrəb sancıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Züleyxa Mahir qızı yaşadığı evdə iş görən zaman onu əlindən əqrəb sancıb. Xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.