Tovuzda avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yaralı 1991-ci il təvəllüdlü Anar Sərdər oğlu Qasımovdur. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. A.Qasımov qarşı tərəfə keçmək istəyən zaman "VAZ-2107" markalı avtomobil onu vurub.

Faktla bağlı araşdırmalara başlanılıb.

20:25

Tovuz şəhərində avtomobil gənc oğlanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ağır xəsarətlər alan piyadanın hələ ki şəxsiyyəti məlum deyil. O, ağır halda xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47