Tovuzda ot biçən gənc ehtiyatsızlıqdan xəsarət alıb

Tovuz. 19 may. REPORT.AZ/ Tovuz rayonunda dəryazla ot biçən gənc ehtiyatsızlıqdan xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Kənd sakini, 1999-cu il təvəllüdlü Murad Qəzənfər oğlu Məmmədov ot biçən zaman ehtiyatsızlıqdan dəryazla bud nahiyəsini kəsib. Xəstəxanaya yerləşdirilən gəncə ilkin tibbi yardım göstərilib. Həkimlər M.Məmmədovun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26