Tovuzda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var - FOTO

Tovuzda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində, avtovağzal yaxınlığında qeydə alınıb. 

"VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı, Tovuz rayon sakinləri - 1985-ci il təvəllüdlü Mirzə Məhərrəm oğlu Yunanov və qonşusu, 1985-ci il təvəllüdlü Samir Novruz oğlu Musayev ağır xəsarət alaraq xəstəxanaya aparılıblar. S.Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tovuzda sürücü ağır xəsarət alıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47