Tovuzda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Tovuz rayonunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Minik avtomobilinin maneəyə çırpılması nəticəsində 1 nəfər - Əhliman Alıyev ölüb. Hadisə zamanı həmçinin daha 1 nəfər - Rauf Muradov ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər