Tovuz rayonunda yaşadığı mənzildən meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, 1974-cü il təvəllüdlü E.Sadıqovdur. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb və öz əcəli ilə öldüyü ehtimal olunur.
09:38
Tovuz şəhərində mənzildə kişi meyti aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, tapılan meyit tibbi ekspertizaya aparılıb. Onun şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.