Tovuzda mağaza qarət edilib

Tovuzda mağaza qarət edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki mağazaların birindən 2000 manat, tütün məmulatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Əhmədov, S.Zeynalov və əvvəllər məhkum olunmuş O.Atazadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər