Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuz rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədabad kəndi ərazisində qeydə alınıb.

"QAZ-31" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Ətlas Əkbərova, Rəna Abdullayeva və daha bir nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktl bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37