Tovuz rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, iki avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinin sürücüləri Xəyyat Quliyev və Mübariz Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.