Tovuzda həmyerlisinə balta ilə xəsarət yetirən şəxs tutulub

Bakı. 21 yanvar. REPORT.AZ/ Tovuz rayonunda əvvəllər məhkum olunmuş şəxs həmyerlisinin başına balta ilə xəsarət yetirib.

“Report” xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Kənan Qasımovun başına baltanın arxası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Qasımov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14