Tovuzda güclü külək qaz təsərrüfatına ciddi ziyan vurub - VİDEO

Tovuzda gecə saatlarına əsən güclü külək qaz xətlərini zədələyib.

Bu barədə "Report" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə zamanı rayonun ayrı-ayrı yerlərində qaz təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda abonentlərin qazsız qalmaması üçün Şəmkir Regional Qaz İstismarı İdarəsi bərpa prosesini sürətləndirib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47