Tovuzda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb. 

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47