Tovuzda ər arvadını döyərək ağır xəsarət yetirib

Tovuz. 4 avqust. REPORT.AZ/ Tovuz rayonunda qadın əri tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədova əri tərəfindən döyülüb. Nəticədə onun burnu sınıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45