Tovuzda çaqqal gənc oğlana xəsarət yetirib

Tovuz rayonunda gənc oğlan çaqqalın hücumuna məruz qalıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əsrik kənd ərazisində qeydə alınıb.

Belə ki, yırtıcı ona hücum edərək dişləyib. 

Həkimə müraciət edən gəncə ilkin tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14