Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb, ölən və yaralanan var - YENİLƏNİB

Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz rayonunda yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobillə "UAZ" markalı avtomobil toqquşub. 

Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü Cavid Həsən oğlu Kərimov hadisə yerində ölüb, "UAZ"da olan Şəmkir rayon sakinləri - 1992-ci il təvəllüdlü Murquzov Zaur Zabil oğlu, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Murquzova Mariya İlham qızı isə və onların olan iki övladı - 4 yaşlı Tunar və 1 yaşlı Banu xəsarət  alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.***00:24

Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Aşağı Quşçu kəndi ərazisində "VAZ-2107" markalı avtomobillə "UAZ" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2107"-nin sürcüsü hadisə yerində ölüb. "UAZ" markalı avtomobildə isə bir ailənin 4 üzvü xəsarət alıb. Onlardan ikisinin körpə olduğu bildirlir. 



***00:02

Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39