Tovuzda avtomobil qəzasında 5 nəfər yaralandı - FOTO - YENİLƏNİB

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ"-da olan sərnişinlər 2 nəfər qadın, 1 nəfər uşaq xəsarət alıblar.

Yaralılar:

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Babazadə Elman Qüdrət oğlu,

Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov İltifat Eyvazəli oğlu, 

Gəncə şəhər sakini, 1993-cı il təvəllüdlü Babazadə İlkanə Rəhim qızı,

Samux rayon sakini, 1961-ci il təvəllüdlü Babazadə Həqiqət Rəhim qızı,

Samux rayon sakini, 2014-cü il təvəllüdlü Babazədə Həqiqət Elman qızı.


*** 14:21

Yaralılar "təcili yardım" avtomobilləri ilə Tovuz Rayon Mə

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27