Tovuzda avtomobil qadın piyadanı vurub

Tovuzda qadın piyadanı avtomobil vurub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Namazova Ema İsa qızını avtomobil vurub. 

O müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər