Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Tovuz. 24 iyun. REPORT.AZ/ Tovuzda 59 yaşlı piyadanı maşın vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndində, bazarın yaxınlığında baş verib.

Naməlum avtomobil yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlunu vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47