Tovuzda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz rayon ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada, 2001-ci il təvəllüdlü Sübhan Əsədovu avtomobil vurub.

Ağır xəsarətlər alan gənc Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər