Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz. 20 noyabr. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Fazil Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Aşağı Quşçu kəndində hərəkətdə olan zaman kənd sakini, 1957-ci il təvəllüdlü Rəhilə Muxtar qızı Namazovanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


***22:14

Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50