Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz. 5 mart. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vurub öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Quşçu kəndində baş verib.

Kənd sakini, 31 yaşlı Orxan Ədalət oğlu Paşayev idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yolu keçmək istəyən 57 yaşlı Eyvaz Polad oğlu Namazovu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib. 

Sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər