Tovuzda avtomobil iribuynuzlu heyvanları vurub öldürdü

Tovuz rayonunda avtomobil bir neçə mal-qaranı vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xatınlı kəndində qeydə alınıb. "Lada Priora” markalı avtomobil kənd yolunda olan bir neçə baş iribuynuzlu heyvanı vuraraq öldürüb. Hadisə nəticəsində mal-qara sahibinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21